AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Misirdə Fələstin məsələsi ilə bağlı keçiriləcək sammitdə iştirakdan imtina edib

  • + A
  • - A
  • 20-10-2023, 16:32

    İsrail Misirdə Fələstin məsələsi ilə bağlı keçiriləcək sammitdə iştirakdan imtina edib


    İsrail Fələstin məsələsi ilə bağlı sammitdə iştirak etmək üçün Misirə öz nümayəndələrini göndərməyi planlaşdırmır. Bu barədə yerli “Haaretz” qəzeti İsrail siyasətçilərinə istinadən məlumat yayıb.

    Materialda bildirilir ki, ölkə hökuməti bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə ortaya qoyub. Nəşr vurğulayır ki, davam edən hərbi əməliyyatlar üzrə regional sammit İsrail nümayəndələri olmadan keçiriləcək.

    Məqalədə deyilir: “İsrail şənbə günü Qahirədə keçiriləcək davam edən müharibə ilə bağlı regional sammitdə iştirak etməyəcək”.

    Oktyabrın 21-də Misirin paytaxtında Qəzza zolağındakı vəziyyətlə bağlı beynəlxalq sammit keçiriləcək. BMT-nin baş katibi Antonio Quterreş tədbirdə iştirakını artıq təsdiqləyib.

    Bundan əlavə, Əl-Qahirə əl-İhbariyyə telekanalının məlumatına görə, bir sıra Yaxın Şərq və Avropa dövlətlərinin başçılarının Qahirəyə gəlməsi planlaşdırılır. Bunlara İtaliya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Türkiyə və başqalarının liderləri daxildir.

    Oktyabrın 20-də Reuters agentliyi Fələstin prezidenti Mahmud Abbasın da sammitə uçacağını bildirib. Həmin gün Euractive nəşri tədbirdə Avropa Şurasının rəhbəri Çarlz Mişel və Avropa İttifaqının (Aİ) xarici siyasət şöbəsinin rəhbəri Xosep Borrelin iştirak edəcəyi material dərc edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR