AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan HƏMAS-ın rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

  • + A
  • - A
  • 22-10-2023, 09:01

    Ərdoğan HƏMAS-ın rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

    İsrail-Fələstin məsələsinin yekun həlli 1967-ci il sərhədləri boyunca paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaratmadan əldə edilə bilməz. Azadmedia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı zamanı deyib.

    Türkiyə Prezident Administrasiyasının məlumatına görə, söhbət zamanı Ərdoğan bildirib ki, Türkiyə Qəzza zolağına humanitar yardımın çatdırılması üçün səy göstərir. Ərdoğan əlavə edib ki, Türkiyə bölgədə ən qısa zamanda atəşkəsin təmin edilməsinə sadiqdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR