Aİ Azərbaycan və Ermənistan arasında davamlı sülhün təşviqinə sadiqdir. Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-Aİ sammitinin birgə bəyanatında deyilir.
Bəyanatda deyilir: “Biz Azərbaycan və Ermənistan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında davamlı sülhün təşviqinə sadiq qalırıq”.
Bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini bu ayın sonuna qədər Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştiraka dəvət etdiyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.