AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransanın müdafiə naziri Ermənistana hərbi texnika satışının təsdiqlədi

  • + A
  • - A
  • 23-10-2023, 23:24

    Fransanın müdafiə naziri Ermənistana hərbi texnika satışının təsdiqlədi

    Fransa Ermənistana hərbi texnika, o cümlədən radar və hava hücumundan müdafiə sistemləri satışının təfərrüatlarını açıqlayıb. Bunu jurnalistlərə açıqlamasında Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib. Azadmedia.az xəbər verir ki, Lekornu təsdiqləyib ki, Ermənistan Fransanın Thales müdafiə qrupundan üç Ground Master 200 (GM200) radar sistemi alacaq.

    O bildirib ki, bu texnika guya müdafiə xarakteri daşıyır və yalnız “Ermənistan ərazisinə təcavüzə” cavab olaraq istifadə edilə bilər.

    Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, artıq Ukraynada istifadə olunan sistem “gözəl aşkarlama imkanları” ilə seçilir.

    Nazirlər həmçinin Thales və Avropanın raket istehsalçısı MBDA şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət məktubu imzalayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR