Qərbi Azərbaycan İcması ilə birlikdə Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurdakı tarixi toponimlərin adının dəyişdirilməsi və ya qaytarılması üçün xəritə hazırlanacaq. Azadmedia.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu işə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), eləcə də müvafiq institutların alimləri cəlb olunacaq.
S.Novruzov onu da xatırladıb ki, bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü İlham Əliyevə məxsusdur.
“Belə məsələlər dövlət başçısının təklifi ilə Milli Məclisin Regional məsələlər komitəsində baxıldıqdan sonra parlamentin müzakirəsinə çıxarılır və bundan sonra müvafiq qərar qəbul edilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.