AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sülh vaxtıdır - Cənubi Qafqazda müharibə başa çatıb

  • + A
  • - A
  • 23-10-2023, 23:34

    Sülh vaxtıdır - Cənubi Qafqazda müharibə başa çatıb

    Cənubi Qafqazda müharibə başa çatıb. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “3+3” formatında xarici işlər nazirlərinin görüşündə deyib. İran Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, xarici işlər nazirlərinin Tehranda bugünkü görüşü Cənubi Qafqazda sülhün bərqərar olması yolunda təməl daşı ola bilər.

    Sitat: “Cənubi Qafqazda müharibə başa çatıb. Sülh, əməkdaşlıq və tərəqqi zamanıdır. Regionda qeyri-regional qüvvələrin olması nəinki problemi həll etməyəcək, əksinə vəziyyəti daha da mürəkkəbləşdirəcək” (Hüseyn Əmir Abdullahian, İranın xarici işlər naziri)

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” platforması ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündə qeyd edib ki, bu gün region ölkələri arasında praqmatik əməkdaşlığa ehtiyac var.

    Xatırladaq ki, XİN rəhbəri bu gün İranda Transqafqaz üzrə “3+3” formatında görüş keçirib. İclasda beş ölkənin xarici işlər nazirləri iştirak edib: Rusiya, İran, Türkiyə, Azərbaycan və Ermənistan. Gürcüstan, 2021-ci ildə olduğu kimi, xarici işlər nazirləri səviyyəsində hazırkı görüşdən də bitərəf qalıb.

    Tərəflər siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik sahələrində regional əməkdaşlıq məsələlərinə toxunublar. Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi də müzakirə olunub.

    Xatırladaq ki, Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb, sonradan bu format “3+3” adlandırılıb. Rusiya və İran bu ideyanı alqışladılar və Ermənistan da bu formata qoşuldu. Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR