AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda yer adları dəyişdiriləcək - EKSKLÜZİV

  • + A
  • - A
  • 24-10-2023, 09:56

    Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda yer adları dəyişdiriləcək - EKSKLÜZİV


    Milli Məclisdə Toponimiya komissiyası və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycanda, Qarabağda və Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi və xəritənin hazırlanması ilə bağlı iclas keçiriləcək.

    Modern.az-ın əldə etdiyi məlumata görə, iclas oktyabrın 31-də baş tutacaq.

    Toplantıda Qərbi Azərbaycanda, Qarabağda, Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi və tarixi adlarının qaytarılması üçün xəritə hazırlanması müzakirə olunacaq.

    İlkin məlumata görə, Xankəndi, Şuşa, Ağdarə, Xocavəndin kəndələrinin bəzilərinin erməniləşdirilmiş adları müəyyənləşəcək.

    Qeyd edək ki, bu təşəbbüs dövlət başçısının təqdimatı ilə Milli Məclisin Regional məsələlər komitəsində baxıldıqdan sonra parlamentdə müzakirəyə çıxarıla və qərar qəbul edilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR