Rusiya silahlı qüvvələri Baltik dənizi üzərində Rusiya sərhədinə yaxınlaşan iki Amerika bombardmançı təyyarəsini aşkar edib. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin oktyabrın 24-də baş verdiyi bildirilir. Dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Su-27 qırıcısı havaya qaldırılıb.
Qeyd olunur ki, Rusiya təyyarəsi yaxınlaşdıqdan sonra Amerika bombardmançıları heç vaxt pozulmayan sərhəddən üz döndəriblər.
Oktyabrın 19-da Rusiya Müdafiə Nazirliyi Qara dəniz üzərində Britaniyaya məxsus qırıcı təyyarələrin aşkar edildiyi barədə məlumat yayıb. Böyük Britaniya təyyarələrinin Rusiya sərhədini pozmadığı, Rusiyanın Su-27 hərbi təyyarəsinin yaxınlaşmasından sonra sərhəddən döndüyü dəqiqləşdirilib.
Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin bildirmişdi ki, Qərb ölkələrinin təxribatları səbəbindən MiQ-31 təyyarələri ilə Qara dəniz üzərində hava məkanında Kinjal raketləri ilə patrul aparılması zəruridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.