AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çexiya prezidenti: "Avropa antisemitizmlə mübarizədə nümunə göstərməlidir"

  • + A
  • - A
  • 24-10-2023, 17:42

    Çexiya prezidenti: "Avropa antisemitizmlə mübarizədə nümunə göstərməlidir"

    Çexiya prezidenti Petr Pavel bildirib ki, antisemitizmin istənilən təzahürü pislənməlidir və bu cür cinayətlərə görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Bu barədə onun X sosial şəbəkəsindəki səhifəsində yayımlanan videomüraciətdə deyilir.

    Pavelin sözlərinə görə, son vaxtlar Avropada və dünyada, o cümlədən Yaxın Şərqdə eskalasiya fonunda yəhudilərə qarşı təcavüz artıb.

    “Biz antisemitizmin artmasına dözə bilmədiyimiz kimi, başqa xalqa və ya hər hansı dinə qarşı nifrətə dözə bilmərik. Tolerant olmayanlara dözümlü olmaq mümkün deyil. Azadlığın və ya sadəcə fərqli bir fikrin arxasında nifrət gizlətmək mümkün deyil”, - deyə Çexiya Prezidenti bildirib.

    O vurğulayıb ki, Avropa antisemitizmlə mübarizədə nümunə göstərməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR