AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Qarabağdakı sülhməramlıları sentyabrın 19-dan bəri 24 müşahidə məntəqəsini bağlayıb

  • + A
  • - A
  • 24-10-2023, 23:57

    Rusiyanın Qarabağdakı sülhməramlıları sentyabrın 19-dan bəri 24 müşahidə məntəqəsini bağlayıb

    Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlıları sentyabrın 19-dan bəri 24 müşahidə məntəqəsini bağlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə sutka ərzində atəşkəs rejiminin pozulması qeydə alınmayıb.2023-cü il sentyabrın 19-dan Əsgəran, Mardakert, Martuni və Şuşa rayonlarında Rusiya sülhməramlılarının 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi fəaliyyət göstərib”, - hesabatda qeyd olunur.

    Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün altı post, o cümlədən ikisi Azərbaycan tərəfi ilə birgə yaradılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR