Türkiyəli diplomat bildirib ki, Türkiyədə Rusiya Federasiyasının iştirakı ilə beynəlxalq qaz qovşağının yaradılmasına dair yol xəritəsinin icrasına 2023-cü ilin sonuna qədər başlana bilər. Bu barədə TASS yazır.
“Türkiyənin Energetika Nazirliyi ilə “Qazprom” şirkəti arasında layihənin yol xəritəsinin razılaşdırılması və imzalanması üçün razılıq əldə olunub”, - deyə o vurğulayıb.
Hazırda bu məsələ ilə bağlı Türkiyənin Energetika Nazirliyi ilə “Qazprom” arasında danışıqlar aparılır və yol xəritəsinin imzalanmasından sonra tərəflərin onun həyata keçirilməsinə başlayacağı gözlənilir. Konkret tarixləri adlandırmaq hələ də çətindir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.