Moskva nizamlanma məsələsində Bakı və İrəvanla dialoqu davam etdirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün Moskva platformasından istifadə təklifi ilə bağlı irəliləyişin olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
"Hələ yox. Dəqiq anlaşma yoxdur. Biz təmaslarımızı davam etdiririk", - o, Rusiyanın Moskvadan sülh planının hazırlanması üçün platforma kimi istifadə edilməsi təklifi ilə bağlı irəliləyişin olub-olmaması ilə bağlı suala cavab verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.