AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın İstintaq Komitəsi separatçı Vitali Balasanyana qarşı yeni cinayət işi açıb

  • + A
  • - A
  • 25-10-2023, 18:49

    Ermənistanın İstintaq Komitəsi separatçı Vitali Balasanyana qarşı yeni cinayət işi açıb

    Ermənistanın İstintaq Komitəsi separatçı Qarabağın keçmiş “Təhlükəsizlik Şurasının rəhbəri” Vitali Balasanyana qarşı yeni cinayət işi açıb. Bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.

    O bildirib ki, Balasanyan silahlarını polisə təhvil verib. Bundan sonra silahın qanuniliyini müəyyən etmək üçün cinayət işi başlanıb.

    “Cinayət təqibi çərçivəsində silahın əldə edilməsi və saxlanmasının qanuniliyi aydınlaşdırılır ki, bu da belə işdə standart təcrübədir”, - deyə məlumatda bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR