Fələstinin İslami Cihad qruplaşmasının hərbi qanadını təmsil edən Əl-Qüds briqadasının yaraqlıları İsrailin Sderot, Aşkelon istiqamətində raketlər atdıqlarını elan ediblər. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, bu yaşayış məntəqələrinə hava hücumu xəbərdarlığı elan edilib.
Qüds qüvvələri hazırda Aşkelon, Aşdod və Sderota intensiv raket zərbələri endirir, qrupun bəyanatında deyilir.
Öz növbəsində ordunun mətbuat xidməti Sderot şəhərində və Qəzza zolağına bitişik ərazilərdə hava hücumu siqnallarının səsləndiyini bildirib. Aşkelon şəhərində də siren səsləri eşidilir. Digər təfərrüatlar verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.