Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri İrəvanda konsulluğun açılmasını təklif edib. Yerevan Today xəbər verir ki, bu barədə Peter Szijarto İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə bildirib.
"Budapeşt Ermənistanla tam münasibətləri bərpa etməyə hazırdır və bu istiqamətdə çalışacaq", - Peter Szijarto İrəvanda keçirdiyi brifinqdə deyib.
Xatırladaq ki, Macarıstan tərəfi 2012-ci ildə erməni zabit Qurgen Markaryanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş azərbaycanlı Ramil Səfərovu Bakıya ekstradisiya etdikdən sonra İrəvanla Budapeşt arasında əlaqələr dondurulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.