Azərbaycanda ayrıca hüquqi akt olmasa da, nifrət cinayətlərinə aid əməllərlə ciddi mübarizə aparılır. Azadmedia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi”nə həsr olunan konfransda çıxışı zamanı deyib.
STM rəhbəri çıxışında qeyd edib ki, Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır: “İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası” ölkəmizlə bağlı dövri hesabatda qeyd edir ki, burada heç zaman irqi-milli, dini əsaslı cinayətlər olmayıb. Hətta otuz illik işğal dövründə, ermənilərə qarşı münasibətlə bağlı “Azərbaycanda əhəmiyyətli tolerantlıq mövcuddur”.
Bəs nifrət dililə mübarizə necə olmalıdır? Müasir dövrdə bir sıra ölkələrdə nifrət dilini məhdudlaşdıran qanunvericilik mövcuddur. Azərbaycanda ayrıca hüquqi akt olmasa da, nifrət cinayətlərinə aid əməllərlə ciddi mübarizə aparılır. Ölkəmizdə milli-dini-irqi ayrı-seçkiliyə görə qanunverici əsaslar mövcuddur. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığını tanısa da nifrət təhriki qadağan olunur. Habelə BMT çərçivəsində nifrət nitqinə qarşı qəbul edilən “Rabat Fəaliyyət Planı”nı da əhəmiyyətli hüquqi platformadır. Hər il 18 iyun-nifrət dili ilə mübarizə günüdür".
Xankəndində bayrağımızın dalğalanmasına diqqət çəkən STM rəhbəri birgəyaşayış məsələlərindən də danışıb:
"Ali Baş Komandan İlham Əliyev 15 oktyabr tarixində Xankəndində bayrağımızı ucaldarkən ermənilərlə ayrıseçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənclərə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı, “Fizuli günləri”ndə çıxış edərkən “biz Zəngəzura sülh yolu ilə qayıdacağıq” dedi, uzaq paytaxtlara səslənərək “regionumzadan əlini çəkin” söyləməklə bütövlükdə Qaqazların lideri kimi bütün xalqlara sülh gətirməkdə maraqlı olduğunu nümayiş etdirdi.
Şübhəsiz, xalqımızın məruz qaldığı humanitar fəlakətlər milli düşüncədə və ictimai dildə bəzən sərt, qisasçı, qarşı tərəfi alçaldan ritorikanın da yer almasına səbəb olur. Yaşadıqlarını və yaralarını sarıyaraq, sülh erasına keçmək elə də asan deyil. İctimai həyatın bütün sferalarında nifrət hekayələri bəsləyənlər, onu tirajlayanalar sərhədsiz olaraq, elmdə, təhsildə, mədəniyyətdə, sosial və yazılı mediada belə nifrət kültürü yaymaqla, başqasının demonizasiyına nail olmaqla Ramazan Abtullatipovun dediyi-Qafqazda bir güllə atırsan, 100 il gedir, sözlərini doğrultmağa çalışırlar".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.