İşğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar - “döyüşməyi bacarmayan alverçilər, köçəri millət, “primitiv köçərilər” və sair epitetlər daşlamış zehinlərin göstəricisiydi, çünki müharibə tam fərqli gerçəkliyi - 100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoydu.
Yaxud, Qarabağ komitəsinin üzvü İqor Muradyanın Tomas de Vaala müsahibəsində “Qarabağın azərbaycanlı sakinləri haqqında nə düşünürdünüz?” sualına, “onların fikri və aqibəti heç kimi maraqlandırmırdı” cavabı Miatsum fəallarının antihumanist mahiyyətini, insan ləyaqətini hesaba almayan kimliklərini ortaya qoyur. 3-cü Reyx də milyonlara məhrumiyyət gətirən ideologiyanı oxşar tezislər üzərində qurmuşdu.
Azadmedia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi”nə həsr olunan konfransda çıxışı zamanı deyib.
STM rəhbəri çıxışında qeyd edib ki, milli kimliyimizi inkar edənlər, Azərbaycanı “koka-koladan cavan dövlət” təbliğatı aparanlar öz nifrətlərinə məğlub oldular.
Gedişat göstərdi ki, əsatirlərdən gerçək həyata, folklordan siyasətə və dərsliklərə qədər Azərbaycanın qorxunc obrazının tarixi, sosial-psixoloji köklərini asanlıqla yox etmək çətindir. Ermənistanın hərbi məğlubiyyətinin səbəbi döyüş meydanlarında qarşılarına fərqli kimliklərin çıxması idi. Əzmkarlıqla savaşan azərbaycanlı əsgər və 5-ci nəsil texnilogiylarını idarə edən zabitlər, bütün sosial və siyasi ayrılıqları kənara qoyan vahid millət, ləyaqətli savaş nümunəsi yaradan Azərbaycan dövləti gerçək obrazı ilə düşmənin təsəvvürlərini dağıtdı:
"Doğrudur, onlardan bir qismi əvvəlki xətti davam etdirərək, Azərbaycanda sosial şəbəkələr və bəzi çap materiallarında ermənilərə qarşı etnik-milli, dini əsaslı nifrət nümunələrini beynəlxalq qurumlara göndəriblər. Məqsəd birgəyaşayışa zərbə vurmaq, qonşu yox, əbədi düşmənçiliyi təbliğ etmək, “exzistensialist təhdid” mifi ilə ikinci erməni dövlətinin yaradılmasına haqq qazandırmağa çalışırlar. Üstəlik, nifrət dilini bizə beynəlxalq təşkilatlar, avroparlamentarilər və qərbli məmurlar, lobbistlər və məhkəmə salonlarında hakimlər, vəkillər həyata keçirir. Lakin ölkəmizə qarşı informasiya və diplomatik yöndə nifrət savaşı aparanlar məğlub olacaqlar".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.