Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün respublika parlamentinin iclasında çıxış edib. Azadmedia.az erməni saytlarına istinadla xəbər verir ki, çıxışı zamanı Paşinyan Türkiyə ilə yaxınlaşmanı dəstəkləyib: “Ümid edirəm ki, yaxın gələcəkdə biz xüsusi nümayəndələrin danışıqları nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə nail olacağıq ki, bu da aşağıdakılara aiddir: Ermənistan və Türkiyə arasındakı sərhəd indiki mərhələdə üçüncü dövlətlərin vətəndaşları və diplomatik sənədlərin sahibləri üçün açıqdır.
Artıq Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsində bərpa işləri aparırıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.