Dağıstan hakimiyyəti Beynəlxalq Xəzər Rəqəmsal Forumunun vaxtını dəyişdirib.Azadmedia.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Dağıstanın Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Beynəlxalq Xəzər Rəqəmsal Forumu iki həftə təxirə salınıb. Yeni tarixlər 16 və 17 noyabrdır”, - məlumatda deyilir.
Departamentin məlumatına görə, bu qərar bazar ertəsi axşam Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi və Dağıstan hökuməti tərəfindən qəbul edilib.
Bundan əvvəl Dağıstanın Rəqəmsal İnkişaf Nazirliyi noyabrın 2 və 3-də Kaspiyskdə Beynəlxalq Xəzər Rəqəmsal Forumunun keçiriləcəyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.