İsrail Qəzza zolağında atəşkəs əldə etmək imkanını nəzərdən keçirmir və Fələstinin radikal HƏMAS təşkilatına qarşı hərbi əməliyyatını davam etdirmək niyyətindədir. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
“Mən İsrailin atəşkəslə bağlı mövqeyinə aydınlıq gətirmək istəyirəm. ABŞ Pörl Harborun bombalanmasından və ya 11 sentyabr terror aktlarından sonra atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrın 7-dəki dəhşətli hücumlardan sonra HƏMAS-a qarşı hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq”.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari şənbə günü bildirib ki, ordu əməliyyatın əhatə dairəsini tədricən genişləndirməyə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.