Azadmedia.az “Rossiya 24” telekanalına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Dağıstandakı vəziyyətlə bağlı iclasda ABŞ-ı bütün dünyanı öz toruna çəkməyə çalışan hörümçəklə müqayisə edib.
“Şərin kökünün harada olduğunu, bütün planeti, bütün dünyanı öz toruna bürüməyə çalışan və döyüş meydanında strateji məğlubiyyətimizə nail olmaq istəyən bu hörümçəyin aldanmış insanlardan harada istifadə etdiyini bilməli və anlamalısan. o, onilliklər ərzində indiki Ukraynanın ərazisindədir.” , - deyə dövlət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ-da hakim elita və onların peykləri Ukrayna, Yaxın Şərq və digər regionlardakı münaqişələrdən faydalanır.
Xəbər yenilənir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.