AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Rusiya Federasiyası ilə əməkdaşlıq etmək arzusunu bildirib, lakin ...

  • + A
  • - A
  • 30-10-2023, 23:19

    İsrail Rusiya Federasiyası ilə əməkdaşlıq etmək arzusunu bildirib, lakin ...

    İsrail dövləti Rusiya ilə normal münasibətləri davam etdirməyi planlaşdırır, lakin Moskvanın Tehranla fəal əməkdaşlığından narahatdır. Azadmedia.az xəbər verir ki, Strateji planlaşdırma naziri Ron Dermer bu barədə mətbuat konfransında bildirib.
    Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi Fələstinin HƏMAS hərəkatı nümayəndələrinin Moskvaya səfərini pisləyib, insidenti “ləyaqətsiz addım” adlandırıb və qrup üzvlərinin ölkədən çıxarılmasını tələb edib. Kreml buna cavab olaraq bütün tərəflərlə, o cümlədən İsraillə təmasları davam etdirməyi planlaşdırdıqlarını bəyan edib.

    Daha sonra İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib ki, Rusiya Federasiyası və Yəhudi dövləti müxtəlif məsələlərdə, o cümlədən HƏMAS-ın statusu ilə bağlı fərqli fikirlərə malik ola bilər, lakin müxtəlif məsələləri müzakirə etmək üçün daim əlaqə saxlayırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR