AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu HƏMAS-la müharibənin yeni mərhələsini açıqlayıb

  • + A
  • - A
  • 31-10-2023, 11:15


    Netanyahu HƏMAS-la müharibənin yeni mərhələsini açıqlayıb

    İsrail HƏMAS-a qarşı müharibəsinin üçüncü mərhələsinə qədəm qoydu. Azadmedia.az xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu ofisinin sosial media hesabında yayımladığı bəyanatda bildirib.
    Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olaraq qalır.

    Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qaldıqdan sonra qarşıdurmanın yeni mərhələsi başlayıb. Kütləvi atəşlərdən sonra HƏMAS döyüşçüləri yəhudi dövlətinin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin insanları girov götürüblər. Hərəkatın hərbi qanadı Əl-Qəssam Briqadaları Əl-Əqsa Tufanı əməliyyatını elan edib.

    Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri sərhədə yaxın bütün məskunlaşan əraziləri nəzarətə götürüb və anklavdakı hədəflərə, o cümlədən mülki şəxslərə qarşı hava zərbələri endirməyə başlayıb. Bundan əlavə, İsrail Qəzzanı tam mühasirəyə aldığını, su, qida, elektrik, dərman və yanacaq tədarükünü dayandırdığını elan edib.

    Qəzza zolağında qurbanların sayı səkkiz mini keçib, onların yarısı uşaqdır, 18 minə yaxını isə yaralanıb. İsraildə 20-si rus olmaqla 1,4 mindən çox insan həlak olub. Bundan əlavə, müxtəlif hesablamalara görə, HƏMAS 200-dən çox insanı əsir saxlaya bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR