Azadmedia.az “Frans Press”ə istinadla xəbər verir ki, əcnəbilərin ilk qrupu Qəzza zolağı ilə Misir arasındakı Rəfah keçid məntəqəsini keçib.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı hansı ölkələrin vətəndaşlarının və hansı beynəlxalq strukturların əməkdaşlarının anklav ərazisini tərk edə biləcəyinin siyahısını dərc edib. Onların arasında Qızıl Xaç Cəmiyyətinin əməkdaşları, Avstraliya, Avstriya, İordaniya və İndoneziya vətəndaşları da var.
Britaniyanın “Financial Times” qəzetinə diplomatik mənbələrin bildirdiyinə görə, Həmas əvvəlcə BMT vasitəçiliyi ilə əcnəbilərin anklavdan təxliyəsi ilə bağlı Misir hakimiyyəti ilə razılığa gələ bilməyib, lakin sonradan tərəflər Qətərin iştirakı sayəsində həll yolu tapıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.