Qafqaz məsələləri üzrə iranlı ekspert Əhməd Kazımi Türkiyə və Azərbaycan prezidentlərinin də yer aldığı 2006-cı ildə çəkilmiş foto ilə bağlı həyəcan təbili çalıb.
O, xəritədə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşməsinə diqqət çəkib.
Ə.Kazımi iddia edib ki, guya bu, İran-Ermənistanın sərhədinin ləğvi və Əliyevlə Ərdoğanın məşhur dəhliz layihəsidir.
Qeyd edək ki, bu, iranlı ekspertin növbəti avantürasıdır. Prezident İlham Əliyev rəsmi Bakının Ermənistana və ya başqa bir dövlətə ərazi iddiası olmadığını dəfələrlə bəyan edib və bunu sübuta yetirib.(Globalinfo.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.