Zəngəzur dəhlizinin açılması bütün regionun xeyrinə olacaq. Azadmedia.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Haber Global”ə müsahibəsində deyib.
O qeyd edib ki, Ankara Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçirilməsi üçün lazım olan hər şeyi edir.
“Siyasi yanaşmalardan imtina etmək və ticarət əlaqələrini inkişaf etdirmək barədə düşünmək lazımdır”, - Uraloğlu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.