Erməni və iranlı mütəxəssislər tezliklə Araz çayında monitorinqləri bərpa edəcəklər. Birgə missiya zamanı su anbarının çirkləndiyi yerlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Ermənistan və İran Araz çayında suyun monitorinqini bərpa etmək barədə razılığa gəliblər. Bu barədə Ermənistanın ətraf mühit naziri bildirib.
“Monitorinq çox gecdir, lakin indi hazırlıqdan sonra biz və iranlı həmkarlarımız buna başlaya biləcəyik”.
– deyən Akop Simidyan vurğulayıb ki, monitorinq zamanı çayın hansı yerlərdə və necə çirklənməsinin aşkarlanması nəzərdə tutulub.
Bundan əvvəl məlum olub ki, Ermənistanda Araz çayının məcrasının dəyişməsinə səbəb olan dağ silsiləsində qeyri-qanuni faydalı qazıntılar çıxaran 3 şirkətin rəhbərlərinə qarşı bir neçə cinayət işi başlanıb. Dəymiş ziyanın məbləği 11 milyon dram olaraq qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.