İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında HƏMAS-ın yeraltı tunellərini aşkar edib məhv etməyə davam edir. Azadmedia.az xəbər edir ki, bu barədə ordunun Telegram kanalı cümə günü bildirib.
“Yahalom (Xüsusi Təyinatlı Mühəndislik Bölməsi) bölməsinin əsgərləri 7107 saylı Batalyon, Zirehli Korpus, Nahal və Negev Briqadalarının hərbi mühəndisləri ilə əməkdaşlıq edərək Qəzza zolağında keçirilən xüsusi əməliyyatlar zamanı HƏMAS-ın tunellərini aşkar edərək zərərsizləşdiriblər”, - deyə məlumatda bildirilir.
Orada qeyd olunur ki, hərbçilər tunelləri dağıtmaq üçün partlayıcılardan istifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.