İsrail Qəzza zolağının mülki əhalisinin əziyyət çəkməsinə baxmayaraq, Fələstinin HƏMAS radikal hərəkatı ilə mübarizəni sona qədər davam etdirəcək. Azadmedia.az xəbər verir ki, bu sözləri İsrail prezidenti İsaak Hersoq “The New York Times” qəzetinə müsahibəsində deyib.
“İsrail hərbçiləri bu dözülməz təhlükəni həmişəlik aradan qaldırmaq və girovların geri qaytarılmasını təmin etmək üçün tədbirlər görür”, - deyə o bildirib.
Siyasətçinin fikrincə, yalnız HƏMAS-ın ləğvindən sonra fələstinlilərin və israillilərin iztirablarına son qoyulacaq.
“Ekzistensial mübarizə. Bu yəhudilər və müsəlmanlar arasında döyüş deyil. Bu, təkcə İsrail və HƏMAS-a aid deyil”, - Hersoq bildirib.
O, hesab edir ki, indiki münaqişə insanlıq normalarına sadiq qalanlarla müasir dünyada yeri olmayan barbarlıq edənlər arasında qarşıdurmadır.
Noyabrın 3-də Livanın Hizbullah partiyasının baş katibi Həsən Nəsrullah Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda çıxış edib. Bir gün əvvəl Nəsrullahın təxminən 20 ildə ilk dəfə ictimaiyyət qarşısında çıxışında İsrailə müharibə elan edə biləcəyi gözlənilirdi. Üstəlik, İran mənbələri Hizbullahın ultimatum verdiyini iddia edirdilər - noyabrın 3-də İDF Qəzza zolağından çıxmalı idi. Bununla belə, Nəsrullah müharibə elan etməyib, lakin indiki Fələstin-İsrail münaqişəsinin “dönüş nöqtəsi” olduğunu qeyd edib və HƏMAS-a mütləq dəstəyini bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.