Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan “Ermənistan” müxalifət fraksiyasının deputatı mandatı alıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Hovakimyan Mərkəzi Seçki Komissiyasının iclasında məlumat verib.
Hazırda Levon Köçəryan həbsdədir.
Sentyabrın 22-də Levon Köçəryan hökumət əleyhinə nümayişlər zamanı saxlanılıb. Köçəryan dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. Daha sonra məhkəmə onu həbs edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.