Azərbaycan əvvəllər əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqləsə, Ermənistanla Azərbaycan arasında sülh sazişi 70% razılaşdırılmış sayıla bilər. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bunu Paris Sülh Forumunda çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"İndi çoxları Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması şanslarının nə qədər olduğunu qiymətləndirməyə çalışır. Mübaliğə olmaz ki, Azərbaycan artıq razılaşdırılanları təsdiqləsə, işin 70%-i artıq görülüb", - dedi.
Paşinyan izah edib ki, bu, ilk növbədə Ermənistanın ərazi bütövlüyünün təsdiqindən gedir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.