AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin nümayəndə heyəti ilə görüşüb

  • + A
  • - A
  • 13-11-2023, 18:16

    Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin nümayəndə heyəti ilə görüşüb

    Noyabrın 13-də Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəisinin birinci müavini Yovitas Razkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Qonaqları salamlayan Baş prokuror dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı və reinteqrasiyası, həmin rayonlarda prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Həmçinin, litvalı qonaqlara prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin 3 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verilib.

    Səmimi qəbula görə təşəkkürünü bildirən Yovitas Razkeviçius Litva Respublikası tərəfindən Azərbaycanla ənənəvi dostluq əlaqələrinə böyük önəm verildiyini və hüquqi sahədə əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

    Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR