AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondu vasitəsilə yardım göstərmək imkanını nəzərdən keçirəcək

  • + A
  • - A
  • 13-11-2023, 23:30

    Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondu vasitəsilə yardım göstərmək imkanını nəzərdən keçirəcək

    Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondu vasitəsilə yardım göstərmək imkanını nəzərdən keçirəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Avropa İttifaqının xarici işlər nazirlərinin iştirakı ilə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
    Regional sabitlik mövzusuna toxunan avropalı rəsmi vurğulayıb ki, “biz Ermənistanda həm xarici, həm də daxili sabitliyi pozmaq cəhdlərinə qarşı çox ayıq olmalıyıq”.
    “Bizim Azərbaycana mesajımız aydın idi: Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
    Onun sözlərinə görə, Avropa İttifaqı Aİ Şurasının sədrinin gördüyü işlər kontekstində Ermənistan və Azərbaycan arasında danışıqları bərpa etməyə çağırır.
    "Biz sülh müqaviləsi bağlamalıyıq və biz vasitəçilik rolumuzu davam etdirməyə sadiqik", - Borrell vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR