AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Mahmud Abbasa: Azərbaycan fələstinli qaçqınlara dəstəyini davam etdirəcək

  • + A
  • - A
  • 15-11-2023, 16:43

    İlham Əliyev Mahmud Abbasa: Azərbaycan fələstinli qaçqınlara dəstəyini davam etdirəcək

    Azərbaycan fələstinli qaçqınlara dəstəyini davam etdirəcək. Bu barədə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Fələstin Prezidenti Mahmud Abbasa məktubunda deyilir.

    “Hörmətli cənab Prezident,

    Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

    Ötən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin yaradılması ikitərəfli münasibətlərimizin inkişafına yönəlmiş müsbət addım idi. Fələstində məktəb tikintisi məsələsi də gündəmdədir.

    Ümid edirik ki, Qəzzada yaranmış gərginlik tezliklə aradan qaldırılacaq. Azərbaycan Fələstin problemi ilə bağlı həmişə həmrəylik nümayiş etdirib və onun BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə dəstəyini davam etdirəcək.

    İnanıram ki, ölkələrimiz arasında yaxşı ənənələrə malik olan dostluq münasibətləri, əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq arzulayıram”, - Əliyevin məktubunda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR