AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın Ermənistandakı səfiri Aİ missiyası ilə Ermənistan-Azərbaycan sərhədində olub

  • + A
  • - A
  • 15-11-2023, 17:22

    ABŞ-ın Ermənistandakı səfiri Aİ missiyası ilə Ermənistan-Azərbaycan sərhədində olub


    ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Aİ-nin monitorinq missiyasının nümayəndələri ilə birlikdə respublikanın Azərbaycanla həmsərhəd Tavuş rayonuna səfər edib. Bu barədə missiyanın mətbuat xidməti məlumat yayıb.

    “ABŞ səfiri Kristina Kuinn Tavuş vilayətinin ərazilərində patrul xidməti aparan EUMA-ya (müşahidəçilər missiyası - red.) qoşulub. Səfər missiyanın İcevandakı əməliyyat bazasının köməyi ilə baş tutub”, - məlumatda deyilir.

    Yada salaq ki, Xarici İşlər Şurasının Avropa İttifaqının xarici işlər nazirlərinin iştirakı ilə keçirilən iclasından sonra Aİ diplomatiyasının rəhbəri Cozep Borrel Ermənistanda missiyanın gücləndirilməsi, əməkdaşların və patrulların sayının artırılması barədə qərar qəbul etdiyini açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR