AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayden İsrailin Qəzzanı işğal etməsinə böyük səhv dedi

  • + A
  • - A
  • 16-11-2023, 08:21

    Bayden  İsrailin Qəzzanı işğal etməsinə böyük səhv dedi

    ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağının işğalının böyük səhv olacağını bildirib. TASS bu barədə ABŞ rəhbərinin San-Fransiskoda APEC sammiti çərçivəsində Çin sədri Si Cinpinlə danışıqların yekunlarına dair mətbuat konfransına istinadən xəbər verir.

    Bayden qeyd edib ki, o, İsrail tərəfinə Qəzzanı işğal edib saxlamağın böyük səhv olacağını açıqlayıb.

    ABŞ prezidenti Fələstin-İsrail münaqişəsinin sona çatması üçün ehtimal olunan müddət barədə danışmadı. Bayden deyib ki, o, falçı deyil, ona görə də İsrail və Fələstin arasındakı qarşıdurmanın nə qədər davam edəcəyi barədə danışmayacaq. Eyni zamanda, Amerika prezidenti vurğulayıb ki, iki dövlətin birgə yaşaması əsasında nizamlanma əldə olunmayana qədər münaqişə bitməyəcək.

    Azadmedia.az xatırladır ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden demişdi ki, Yaxın Şərqdəki vəziyyətin həlli üçün yeganə son variant iki dövlətli həll yoludur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR