AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elmar Məmmədyarov "Fransanın Ermənistana dəstək verməsi təkcə erməni lobbisinin gücü ilə bağlı deyil"

  • + A
  • - A
  • 16-11-2023, 09:21

    Elmar Məmmədyarov "Fransanın Ermənistana dəstək verməsi təkcə erməni lobbisinin gücü  ilə bağlı deyil"

    “Fransanın Ermənistana dəstək verməsi təkcə erməni lobbisinin gücü ilə bağlı deyil. Çünki dünyanın bir çox ölkələrində erməni lobbisi çox güclüdür. Burda başqa faktor var”. Bu fikirləri AzadMedia.az-a keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.
    O burada Fransanın Ermənistandan istifadə edərkən Rusiyaya qarşı çıxış etdiyini də qeyd edib:
    “Avropa İttifaqında Almaniya və Fransa mühüm rol oynayır. Buna görə də Fransa Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasını gücləndirmək və silahlandırmaq barədə düşünür. Təbii ki, indiki mərhələdə silahlandırmaq məsələsini qabartmırlar. Güman ki, bir müddətdən sonra biz bunu da görəcəyik. Hələlik onlar Ermənistana silah göndərirlər. Həmçinin Ermənistan hökuməti Avropa İttifaqının missiyasının daha da gücləndirilməsini istəyir. Burda bir məsələ də var. Fransa Rusiyanı Ermənistandan çıxartmağa çalışır. Amma inanmıram ki, buna tam olaraq nail olsunlar. Çünki Rusiyanın Azərbaycanda olan sülhməramlılarının sayı azdır və onların vaxtı 2025-ci ildə bitəcək. Ermənistana gəlincə isə, Gümrüdə Rusiyanın güclü hərbi bazası var. Fransa isə bunu birbaşa deməsə də, hər yerdə Erənistanın ərazi bütövlüyünü dəstəklədiyini deyir”

    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR