Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Əhməd Kamrizamil bin Mohd Rizanı qəbul edib.
Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Ceyhun Bayramov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, o cümlədən turizm və təhsil sahəsində birgə səylər, eləcə də mövcud regional vəziyyət müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.