BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, dünya təşkilatı İsrailin BMT Təhlükəsizlik Şurasının (TŞ) Fələstin-İsrail münaqişəsi ilə bağlı qəbul etdiyi humanitar qətnamənin müddəalarını yerinə yetirmək istəməməsi ilə bağlı bəyanatlarından məyusdur.
“İsrail hökumətinin qətnamə ilə bağlı gördüyümüz bəyanatlardan məyus olduq” deyən o, qətnamənin qəbulunun Təhlükəsizlik Şurası üçün “olduqca ağrılı” olduğunu bildirib.
Noyabrın 16-da BMT Təhlükəsizlik Şurası Qəzza zolağında uşaqların müdafiəsi məsələsinə diqqət yetirən Malta qətnaməsini qəbul edib. Orada bildirilir ki, BMT Təhlükəsizlik Şurası bütün tərəflərdən beynəlxalq humanitar hüququn öhdəliklərinə, xüsusən də mülki şəxslərin, ilk növbədə uşaqların müdafiəsi məsələsində öhdəliklərə əməl etməyi tələb edir. O, həmçinin Qəzza zolağında döyüşlərdə təcili və uzunmüddətli humanitar fasiləyə çağırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.