AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadıldı - Qanun qüvvəyə mindi

  • + A
  • - A
  • 17-11-2023, 10:14

    Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadıldı - Qanun qüvvəyə mindi

    Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının bir il müddətinə uzadılmasına dair prezident memorandumunun qəbul edilməsi haqqında Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib. Azadmedia.az xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənəd hökumətin “Resmi Gazete” saytında dərc olunub.

    Belə ki, 2023-cü il noyabrın 17-dən Türkiyə ordusunun Azərbaycandakı missiyası daha bir il uzadılıb.

    Memorandumda qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan fəaliyyətlər davam edir.

    “Bölgənin faktiki işğalı Azərbaycanın antiterror əməliyyatı ilə başa çatsa da, hələ ki, sülh sazişi imzalanmadığından yekun həllə nail olmaq mümkün olmayıb. Federasiya Qarabağda fəaliyyətini davam etdirir”, - deyə sənəddə bildirilir.

    Türkiyə Silahlı Qüvvələrinin birgə mərkəzdə xidmətinin davam etdirilməsinin “Türkiyənin regionda fəal və konstruktiv rolunun tələblərinə və milli maraqlarına cavab verdiyi” vurğulanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR