"ABŞ konqresində müxtəlif məsələlərlə bağlı yüzlərlə dinləmələr keçirilir. Qarabağ münaqişəsi dövründə (1998-ci il) Denver bəyanatı vardı. O bəyanatda o vaxtkı Amerika, Rusiya Fransa prezidentləri bəyanat yaymışdilar. Bəyanatda deyilir ki, dondurulmuş vəziyyət qəbulediməzdir". Bu fikirləri Azadmedia.az-a keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Tofiq Zülfüqarovun sözlərinə görə, həmin vaxt yüksək səviyyədə səslənən bəyanatın nəticəsi sıfır oldu:
"Bəzi məqamlarda bu cür hadisələri həddindən artıq şişirdirlər. Növbəti bəyanatin yayılmasınin səbəbinə gəlincə, bu heç də birbaşa Azərbaycanla bağlı deyil. Hazırda Ermənistanda çox gərgin proseslər cərəyan edir. Rusiyanın nüfuzu azalır və qərb isə Cənubi Qafqaz bölgəsində aktivdir. Buna qarşı çıxan Rusiyadır. Dediyim odur ki, İran da bu məsələyə qoşulacaq. Bu baxımdan əsas mübarizə ictimaiyyət səviyyəsində gedir. Yəni ictimaiyyətin istəklərini və simpatiyalarını qazanmaq üçün müxtəlif səviyyələrdə qərb institutları ermənilərin xoşuna gələn bəyanatlar verir. Bunların məqsədi qarşıdurma yaratmaqdir ki, bu da onların arasında baş verir".
Politoloq bu proseslərin birbaşa Azərbaycana aid olmadığını da bildirib:
"Çünki burda ilk növbədə təbliğatı məsələlər nəzərdə tutulur. Əminəm ki, bu qərbin müvəqqəti taktiki gedişatıdır. Məqsəd bundan ibarətdir. Azərbaycanın ABŞ və qərb üçün əhəmiyyətinə gəlincə, bu heç də aşağı səviyyədə deyil. Əksinə, ölkəmizə qarşı əhəmiyyət daha da artmaqdadır. Ona görə ki qərbin əsas problemi bu məsələdə Mərkəzi Asiyadı . Bu yaxınlarda ABŞ prezidenti Mərkəzi Asiya dövlətlərinin başçıları ilə görüşüb. Eyni zamanda, yeni geopolitik faktor yaranır ki, bu da Turk Dövlətləri Təşkilatıdir. Hər kəs anlayır ki, TDB bu məsələdə vacib faktordur. Çünki Rusiya İran və Çinlə sərhəddə çoxlu türk xalqları yaşayır. Məhz buna görə qərbin Mərkəzi Asiyada aktiv siyasətini həyata keçirtmək üçün Türkiyənin, Azərbaycanın ümumiyyətlə türk dövlətlərinin dəstəyi lazımdır. Gec, ya da, tez bu məsələ gündəmə gələcək. Bu baxımdan qərb öz taktiki məsələlərini həll edir. Proseslər ona gətirib çıxaracaq ki Rusiya Cənubi Qafqazdan zəifləyib gedəcək. Buna nail olmaq, ermənilərə xoş gəkmək üçün bəyanatlar səsləndirirlər. Amma bu bəyanatlar heç də yüksək səviyyədə səslənmir. Dövlət kaibinin hansısa köməkçisi tərəfindən və sairə. Ona görə də təbliğatı məsələlər üçün bundan istifadə olunur"
Qeyd edək ki, ABŞ Konqresində keçirilən növbəti anti-Azərbaycan tədbiri ilə bağlı bəyanat yayıb.
Xəlil Xəlilov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.