AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Netanyahunun reputasiyasından söz açıb

  • + A
  • - A
  • 20-11-2023, 22:08

    Ərdoğan Netanyahunun reputasiyasından söz açıb

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında xəstəxanaları bombalamaqla yəhudi dövlətinin əhalisi arasında nüfuzunu bərpa etməyə çalışır. RİA Novosti xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra müvafiq bəyanatla çıxış edib.

    “Netanyahu xəstəxanaları, ibadət yerlərini və məktəbləri bombalamaqla İsrail xalqı arasında itirdiyi reputasiyasını bərpa etməyə çalışır”, - Türkiyə prezidenti bildirib.

    Onun sözlərinə görə, anklavda demək olar ki, bütün xəstəxanalar ya dağılıb, ya zədələnib, ya da yararsız hala düşüb.

    “Biz hamımız Əl-Əhli və Əl-Şifa Baptist xəstəxanalarında baş verən vəhşilikləri izlədik və İsrailin bu xəstəxanalarla bağlı açıqlamalarının tamamilə yalan olduğunu anladıq”, - deyə Ərdoğan bildirib.

    Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) qarşısına çıxmalı olduğunu bildirib.

    Türkiyə lideri bundan əvvəl demişdi ki, Qərb ölkələri Fələstin HƏMAS hərəkatı ilə sülh danışıqları aparmaq üçün İsrailə təsir göstərməlidir. O əlavə edib ki, Fələstin HƏMAS hərəkatına siyasi partiya kimi baxır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR