AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paris əziyyətdən sui-istifadə edir

  • + A
  • - A
  • 21-11-2023, 21:32

    Paris əziyyətdən sui-istifadə edir

    Paris Ermənistanı silahlandırmaqla yanaşı, separatçıları da həvəsləndirir, bununla da Cənubi Qafqazda yeni müharibənin başlaması üçün zəmin hazırlayır. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti bu gün Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: qadınların və inkişafın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına salamlama nitqində deyib.

    “Fransa militarist siyasət yürüdür, Ermənistanı silahlandırır, Ermənistanda revanşist qüvvələri həvəsləndirir və regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək qərəzli siyasətini həyata keçirir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarından dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. ”, - deyə İlham Əliyev bildirib.

    Azərbaycan lideri qeyd edib ki, neokolonializm meyilləri ilə paralel olaraq bu gün dünyada Fransanın özündə də geniş miqyasda irqçilik, ksenofobiya və islamofobiya müşahidə olunur. Fransa hakimiyyəti ölkə daxilində bu cür həyəcanverici və təhlükəli tendensiyalarla mübarizə aparmaq əvəzinə, başqa ölkələrə mühazirə oxumağa çalışır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR