AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentdən Fransanın günahkar olacağı barədə xəbərdarlıq

  • + A
  • - A
  • 21-11-2023, 21:40

    Prezidentdən Fransanın günahkar olacağı barədə xəbərdarlıq

    Prezident İlham Əliyev xatırladıb ki, hələ oktyabrın əvvəlində Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefon danışığı zamanı Cənubi Qafqazda hər hansı yeni hərbi münaqişə yaranarsa, Fransanın günahkar olacağı barədə xəbərdarlıq edib. Fransa silahlarının Ermənistana verilməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edir.

    Bu il oktyabrın sonunda Fransanın müdafiə naziri Sebastyan Lekornu Paris və İrəvan arasında hava hücumundan müdafiə sahəsində də daxil olmaqla, fransız silahlarının alınmasına dair razılaşmaları açıqlayıb. Rəsmi Bakı buna cavab olaraq Qafqazda silah tədarükü ilə bağlı yeni problemlərin günahkarının Fransa olacağını bəyan etdi.

    Xatırladaq ki, Bakıda artıq ikinci gündür ki, Qoşulmama Hərəkatının konfransı keçirilir. Tədbirdə ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR