AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan XİN rəhbəri Belarusda KTMT çərçivəsində keçirilən görüşlərə getməyəcək

  • + A
  • - A
  • 21-11-2023, 21:55

    Ermənistan XİN rəhbəri Belarusda KTMT çərçivəsində keçirilən görüşlərə getməyəcək

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-23-də Minskdə keçiriləcək görüşlərə getməyəcək. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    “Belarus xarici işlər naziri Sergey Aleyniklə telefon danışığı zamanı Ermənistan-Belarus gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. KTMT-nin fəaliyyəti ilə bağlı məsələlər qaldırılıb. Ararat Mirzoyan qeyd edib ki, o, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR