Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq imkanlarını nəzərdən keçirmir, həmçinin Rusiyanın 102-ci hərbi bazasının Gümrü şəhərindən çıxarılması məsələsini qaldırmağı planlaşdırmır. TASS xəbər verir ki, bu barədə respublikanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan brifinqdə bildirib.
“Hazırda bizim gündəliyimizdə belə mövzular yoxdur”, - deyə o, jurnalistin müvafiq sualına toxunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.