AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvan noyabrın 30-da Azərbaycan nümayəndələri ilə sərhəddə delimitasiya məsələsi ilə bağlı görüşü təsdiqləyib

  • + A
  • - A
  • 23-11-2023, 16:14

    İrəvan noyabrın 30-da Azərbaycan nümayəndələri ilə sərhəddə delimitasiya məsələsi ilə bağlı görüşü təsdiqləyib

    Noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədində sərhədlərin delimitasiyası üzrə komissiyaların növbəti iclası keçiriləcək. Bu barədə Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Əvvəllər bildirilmişdi ki, noyabrın 29-da və 30-da Ermənistan-Azərbaycan sərhədində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya formatında görüş planlaşdırılır. Müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib.

    İclasın vasitəçilərsiz keçirilməsi ekspertlər tərəfindən müsbət hal kimi dəyərləndirilir.

    Sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR