İsrailin anklava hücumları başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 14 min 854 nəfərə çatıb, yaralıların sayı isə 36 min nəfəri keçib. RİA Novosti xəbər verir ki, bu barədə Fələstin anklavının hakimiyyət orqanlarının informasiya mərkəzi məlumat yayıb.
“Ölənlərin sayı (Qəzza zolağında) 6150-dən çoxu uşaq olmaqla, 14 854-ü keçib”, - məlumatda deyilir.
İnformasiya mərkəzinin məlumatına görə, İsrailin anklava hücumları başlayandan bəri yaralıların sayı 36 min nəfəri keçib.
Səlahiyyətlilər itkin düşənlərin sayının 7 min nəfəri keçdiyini bildirir, onların cəsədləri bombalanmış binaların dağıntıları altında ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.