Konsulluq dairəsində rəsmi regional səfər, Konsulluğun mərkəzi olan Şamaxı şəhəri və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla keçirilən görüşlə davam edib.
Görüş zamanı səmərəli danışıqlar aparılıb, Ukrayna və Azərbaycan şəhərləri arasında qardaşlaşma əlaqələri və əməkdaşlığı barədə detallar barədə müzakirələr aparılıb. İqtisadi əməkdaşlıq, təhsil və tibbin reabilitasiya hissəsi, eyni zamanda turizm inkişafı sahəsində hansı effektiv və qarşılıqlı fayda görə biləcəyimiz barədə fikir-təcrübə mübadiləsi və ixtisaslaşma mövzuları da müzakirə edilib.
Müharibədən sonra belə, davam edən hibrid təhsil və bu sahədə layihələrdən söhbət açılıb. Şamaxının Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verə biləcək münbit imkanlara malik ərazi olması diqqət önünə çəkilib.
Ukraynanın hazırkı durumu çoxillik tarixə dayanan Ukrayna-Azərbaycan münasibətlərinə təsirsiz ötüşmədi, lakin inkişaf istiqamətində hər iki regionun oxşar məqamları hazırki münasibətləri daha da dərinləşdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.