“Belə bir təşəbbüsün irəli sürülməsi çox təqdirəlayiqdir. Çünki Kəlbəcər Tərtər və Ağdam rayonlarının, eləcə də digər işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyasının sürətləndirilməsi, eyni zamanda, bu ərazilərdə dövlət və bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi, dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliliyinin artırılması baxımından bu layihənin reallaşdırlması böyük əhəmiyyət kəsb edir”.
Bu fikirləri AzadMedia-az-a açıqlamasında millət vəkili Kamran Bayramov Ağdərə rayonunun yaradılması təşəbbüsünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, tarixən mövcud olmuş Ağdərə rayonunun bərpa edilməsi onun mövcud olmuş iqtisadi mədəni və sosial inkişafına xidmət edəcək:
“Prezident İlham Əliyevin təşəbbüsü və imzası ilə Ağdərə rayonunun yaradılması haqqında qanun layihəsi nəzərdə tutulur. Qeyd edilən layihəyə əsasən həmçinin Ağdam rayonunun 10 kəndinin Kəlbəcər rayonunun 23 kəndinin Tərtər rayonunun bir şəhər bir qəsəbə və 24 kəndinin ərazisinin Ağdərəyə birləşdirilməsi gündəmdədir. Məlum olduğu kimi Ağdərə rayonu 1992-ci ilə qədər mövcud idi. 1992-c ildə ərazisi ləğv edilərək bu 3 rayon arasımda bölünmüşdü. Eyni zamanda, böyük köçün sürətləndirilməsini təmin edəcək. Düşünürəm ki, inzibati ərazi bölgüsü sahəsində aparılan islahatlar, yeniliklər Qarabağ və Şərqi Zəngəzur rayonlarının inkişafına öz töhfəsini verəcək”.
Qeyd edək ki, noyabrın 27-də Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Xəlil Xəlilov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.